Azərbaycan cüdoçusu Rüstəm Orucov dünya çempionatında gümüş medalla kifayətlənməli olub
Macarıstanın paytaxtı Budapeştdə keçirilən cüdo üzrə dünya çempionatında 73 kiloqram çəki dərəcəsində yarışın finalında mübarizə aparan Azərbaycan idmançısı, Rio Olimpidasının gümüş mükafatçısı Rüstəm Orucov ikinci yerlə kifayətlənməli olub.

Finalda yaponiyalı Soiçi Haşimoto ilə qarşılaşan idmançımız qızıl xalla birinciliyi əldən verib.

Yarışın üçüncü günündə kişilər 73, qadınlar isə 57 kiloqram çəki dərəcəsində qüvvələrini sınayıblar.

Qeyd edək ki, mundialın ilk günündə Azərbaycan millisinin üzvü Orxan Səfərov (60 kq) gümüş medal qazanmışdı.

Xəbər 685 dəfə oxundu.