Azərbaycan hakimi “Qalutçanka”-“Jansen Dalfsen” həndbol oyununa təyinat alıb
Azərbaycan Həndbol Federasiyasının (AHF) idman şöbəsinin rəhbəri, beynəlxalq dərəcəli hakim İsgəndər Əsgərov qadınlar arasında Avropa Həndbol Federasiyası (EHF) kuboku uğrunda yarışlara qitə qurumunun nümayəndəsi təyin olunub.

İ.Əsgərov Ukraynanın “Qalutçanka” və Hollandiyanın “Jansen Dalfsen” komandaları arasında keçiriləcək oyununun hakimləri montoneqrolu Boqdan Kaludjeroviç və İvan Vujacicin idarəçiliyinə nəzarət edəcək.

Bu cütün ilk oyunu sentyabrın 10-da, cavab qarşılaşması isə bir həftə sonra olacaq.

Xəbər 868 dəfə oxundu.