Boksçumuz Məhəmmədrəsul Məcidov mundailda növbəti qələbəsini qazanıb
Almaniyanın Hamburq şəhərində kişi boksçular arasında keçirilən dünya çempionatında 1/8 final mərhələsinə yekun vurulub.

Mərhələnin sonuncu günündə Azərbaycan millisinin 2 boksçusu da rinqə çıxıb. Onlardan biri - Məhəmmədrəsul Məcidov (91 kq-dan yuxarı) mundialda növbəti qələbəsini qazanıb. İkiqat dünya çempionumuz iordaniyalı Hüseyn İşayşi məğlub edib - 5:0.

M.Məcidov 1/4 finalda Camili-Dini Aboudo-Moindze (Fransa) ilə üz-üzə gələcək. Döyüş avqustun 29-da olacaq.

Dünya çempionumuzdan fərqli, Pərviz Bağırov yarışla vidalaşıb. Turnirdə 69 kiloqram çəki dərəcəsində mübarizə aparan boksçumuz 1/8 finalda Tuvşinbat Byambaya (Monqolustan) 1:4 hesabı ilə məğlub olub.

Xəbər 704 dəfə oxundu.