Şahmat üzrə seçmə turnirin qalibləri müəyyən olunub
Kişi və qadın şahmatçılar arasında Azərbaycan birinciliyinin seçmə yarışları başa çatıb.

Kişilərin turnirində Azərbaycanın 10 şəhərindən 24 şahmatçı iştirak edib. Turnirin orta reytinq əmsalı 1412 xal təşkil edib.

İlk üç mükafatçı - İbrahim Seyidov, Həzrət Orucov və Fərid Məlikov ölkə birinciliyinin final turnirinə vəsiqə qazanıblar. Hər üç şahmatçı Quba şəhərinin şahmat məktəbini təmsil edir.

Qadınların yarışında Azərbaycanın 5 şəhərindən 9 iştirakçı mübarizə aparıb. Turnir iştirakçılarının orta reytinq əmsalı 1559 xal təşkil edib. Final mərhələsinə Şəkidən Samirə Babayeva, Lənkərandan Jalə Babazadə və Sumqayıtdan Ülviyyə Məlikova keçiblər.

Xəbər 980 dəfə oxundu.