Azərbaycan güləşçisi dünya çempionatının finalına yüksəlib
Parisdə güləş üzrə dünya çempionatı davam edir.

Mundialda 61 kiloqram çəki dərəcəsində çıxış edən Hacı Əliyev qırğızıstanlı Alibek Osmonov, Yaponiya təmsilçisi Rinya Nakamura və Slovakiya güləşçisi Mikola Bolotnjuku məğlub edərək yarımfinala yüksəlib. Kubalı Yovlis Bonne Rodrigezə qalib gələn Hacı Əliyev finala adlayıb.

Parisdə güləş üzrə dünya çempionatı davam edir.

Beşinci yarış günündə 57, 61, 86 və 125 kiloqram çəki dərəcələrində sərbəst güləşçilər mübarizəyə qoşulur.

Artıq güləşçilərimizin ilk rəqibləri müəyyənləşib. Belə ki, Mahir Əmiraslanov (57 kq) özbəkistanlı Nodirjon Safarov, Hacı Əliyev (61 kq) qırğızıstanlı Alibek Osmonov, Aleksandr Qostiyev (86 kq) isə Baktiyar Karagul Uulu (Qırğızıstan) ilə üz-üzə gələcək.

Xəbər 965 dəfə oxundu.