“Qarabağ” klubunun UEFA Çempionlar Liqasının qrup mərhələsindəki oynayacağı stadionlar müəyyənləşib
Futbol üzrə UEFA Çempionlar Liqasının qrup mərhələsində Ağdamın “Qarabağ” komandasının ev və səfər oyunlarını keçirəcəyi stadionlar müəyyənləşib.

“C” qrupunda çıxış edəcək Azərbaycan klubu rəqiblərini Tofiq Bəhramov adına Respublika stadionunda qəbul edəcək.

Ağdam komandası sentyabrın 27-də İtaliyanın “Roma”, oktyabrın 18-də İspaniyanın “Atletiko Madrid” və noyabrın 22-də İngiltərənin “Çelsi” klubları ilə ev oyunlarını Tofiq Bəhramov adına Respublika stadionunda keçirəcək.

“Qarabağ” oktyabrın 31-də “Atletiko Madrid”in yeni arenası olan 68 min nəfərlik “Vanda Metropolitano” stadionunda meydana çıxacaq.

“Qarabağ” sentyabrın 12-də İngiltərənin paytaxtı Londondakı 42 mindən çox azarkeş tutumlu “Stemford Bric” stadionunda “Çelsi” komandası ilə üz-üzə gələcək.

Ağdam təmsilçisi dekabrın 5-də sonuncu oyunda İtaliyanın paytaxtındakı 72 minlik “Olimpiko” stadionunda “Roma”nın qonağı olacaq.

Xəbər 594 dəfə oxundu.