Çaparlarımız Novxanıda yarışırlar
Martın 24-də Novxanıdakı “Sərhədçi” Atçılıq Mərkəzinin örtülü manejində atçılığın konkur növü üzrə Azərbaycan çempionatı başlanıb.

Yarış iki kateqoriya üzrə - 6-7 yaşarası və ondan böyük atlarla keçirilir. Çempionatda Türkiyə, Gürcüstan və Polşadan olan idmançılar da iştirak edirlər.

Martın 26-dək davam edəcək yarışı Türkiyə və İrandan dəvət olunmuş hakimlər briqadası idarə edir.

Çempionatda fərqlənəcək idmançılar pul mükafatı ilə yanaşı, dünya sıralamsı üçün reytinq xalları da qazanacaqlar.

Xəbər 1453 dəfə oxundu.