Azərbaycan Taekvando Federasiyasının prezidenti Dünya Taekvando Federasiyasının vitse-prezidenti təyin edilib
Azərbaycan Taekvando Federasiyasının (ATF) prezidenti Kəmaləddin Heydərov növbəti dəfə Dünya Taekvando Federasiyasının (DTF) vitse-prezidenti təyin edilib.
O, bu etimada qurumun prezidenti Çunqvon Ço tərəfindən layiq görülüb.

DTF rəhbər strukturuna seçkiləri müəyyən edilmiş yeni qaydalara əsasən aparır. Belə ki, qitələr üzrə seçilmiş taekvando birliklərinin rəhbərləri birbaşa olaraq, DTF-nin vitse-prezidenti vəzifəsinə təyinat alır. Digər iki vitse-prezident isə qurumun prezidenti tərəfindən seçilir.

Xəbər 1044 dəfə oxundu.