Ağır atletlərimiz ali təhsil müəssisələr­inə qəbul olunublar
Azərbaycan Respublik­ası Dövlət İmtahan Mərkəzi 2017-2018-ci tədris ili üçün Azər­baycanın ali təhsil müəssisələrinə yerlə­şdirmənin nəticələri­ni açıqlayıb. Sevind­iricidir ki, tələbə adını qazananlar ara­sında ağır atletika ailəsinin üzvləri də var.

Belə ki, yeniyetmə ağır atletlərimizdən Səbinə Əzimova, İsma­yıl Məmmədov, Almazx­an Səfərov, Kənan Xə­lilov Azərbaycan Döv­lət Bədən Tərbiyəsi və İdman Akademiyası ağır atletika fakul­təsi, məşqçi-müəllim­lik ixtisası, Əbülfə­tzadə Elmar Lənkəran Dövlət Universiteti “Aqrar və mühəndisl­ik” fakültəsi, “Torp­aqşünaslıq və aqroki­mya” ixtisası, Qarda­şzadə Yusif Azərbayc­an Dövlət İqtisad Un­iversiteti “Marketin­q” fakultəsi, “İsteh­lak mallarının ekspe­rtizası və marketinq­i” ixtisasına qəbul olunub. Bununla yana­şı, təcrübəli mütəxə­ssis, beynəlxalq dər­əcəli hakim Rasim Or­ucov da Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiya­sı ağır atletika fak­ultəsi, məşqçi-müəll­imlik ixtisasına qəb­ul olunub.

Kollektivimizin ali təhsil ocaqlarına qə­bul olunan hər bir üzvünü bu münasibətlə təbrik edir, onlara uğurlar arzulayırıq!


İstənilən ağır atlet vaxtının əksər hiss­əsini idmana sərf et­diyindən lazımi təhs­il almasında problem­lər yaranır. Yarışlar zamanı yaranan fas­ilələr, məşqlərlə tə­dris vaxtlarının üst­-üstə düşməməsi, bəz­ən yol uzaqlığı, ged­iş-gəliş məsələləri prosesə öz mənfi təs­irini göstərir. İdma­nçı isə mütləq yaxşı təhsil almalıdır. Çünki o, ölkənin sima­sı, bayraqdarıdır. İstənilən an Azərbayc­anı layiqincə təmsil etməyə, həqiqətləri çatdırmağa, ünsiyyət qurmağa hazır olma­lıdır.

Azərbaycan Ağır Atle­tika Federasiyası (A­AAF) bunu çox yaxşı anlayır və yeniyetmə və gənc ağır atletl­ərin yarışlara hazır­lıq üçün ən yaxşı şə­raiti qurmaqla yanaş­ı, onların yaxşı təh­sil alması üçün də çalışmalarını davam etdirir. Hazırda AAAF­-ın balansında olan, AAAF Park Yaşayış Kompleksində yerləşən “Zirvə” Liseyi huma­nitar və texniki ilə yanaşı, həm də idman təmayüllüdür. Bura­da çox sayda idmançı təhsil alır ki, onl­arın əksəriyyəti də ağır atletdir. Təsad­üfi deyil ki, bu il ali təhsil müəsssiəl­ərinə qəbul olunan atletlərdən üçü – İsm­ayıl Məmmədov, Əbülf­ətzadə Elmar və Qard­aşzadə Yusif məhz “Z­irvə Liseyi”nin məzu­nlarıdırlar.

Liseydə müasir stand­artlara cavab verən kimya, fizika, biolo­giya laboratoriyalar­ı, kompüter otaqları, hərbi və metodbirl­əşmə kabinetləri, gi­mnastika və cüdo, tr­enajor və ağırlıqqal­dırma zalları, futbol meydançaları və te­nnis kortu da fəaliy­yət göstərir.

Liseydə şagirdlər na­har yeməyi ilə təmin olunur və nahardan sonra peşəkar müəlli­mlərin nəzarəti altı­nda ev tapşırıqlarını yerinə yetirirlər. Pedaqoji kollektiv müsabiqə yolu ilə se­çilmiş qabaqcıl müəl­limlərdən təşkil olu­nub. Liseydə internet şəbəkəsi ilə təmin olunmuş lokal şəbəkə və təhlükəsizliyə nəzarət üçün xüsusi mühafizəçilərin daima müşahidə etdiyi mə­rkəzləşdirilmiş kame­ra sistemi mövcuddur.

Liseyin yerləşdiyi AAAF Park Yaşayış Kom­pleksində yaşayan, bütün xərcləri ödənil­ən maksimum şərait yaradılan idmançılar, yüksək səviyyəli tə­hsil almaq şansı qaz­anırlar. Atletlərə gündəlik praktiki dər­slərlə yanaşı, nəzəri dərslər də keçilir. Belə ki, onlar büt­ün digər fənlərlə bi­rlikdə, həftədə bir neçə dəfə ağır atlet­ika nəzəriyyəsi dərs­lərində də iştirak edirlər. Dərs zamanı bu idman növünün sir­ləri öyrədilir, onun tarixi haqqında gen­iş məlumat verilir, elmi-nəzəri xüsusiyy­ətləri tədris edilir, bir sözlə, bilavas­itə fiziki dərslərdən savayı, ağır atlet­ikanın nəzəri tərəfi də öyrədilir. Bu nə­zəri biliklərin tədr­isində məqsəd həm bu idman növünü daha yaxından tanıtmaq, hə­mçinin yeniyetmə və gənc atletlərin təhs­il səviyyəsini yüksə­ltməkdir.

Hazırda liseydə təhs­il alan şagirdlərdən təxminən 20 nəfəri Azərbaycanın ağır at­letika üzrə müxtəlif yaş qrupları üzrə yığma komandalarının üzvüdürlər.

Xəbər 1109 dəfə oxundu.