Yüngül atletika tarixində ən yaşlı dünya çempionu 2020-ci il Olimpiadasında çıxış etməyə hazırlaşır
Fransalı idman yürüşçüsü, ən yaşlı dünya çempionu İohann Dini 2020-ci ildə Tokioda keçiriləcək olimpiya oyunlarının medalını qazanmaq niyyətindədir.

39 yaşlı fransız bazar günü 50 kilometr məsafəyə idman yerişi üzrə dünya birinciliyində qızıl medal qazanıb. Dini bu məsafəni 3 saat 33 dəqiqə 11 saniyəyə qət etməklə dünya birinciliklərində rekordu təzələyib. İdman yerişi üzrə bundan əvvəlki rekord nəticə (3 saat 36 dəqiqə 03 saniyə) 2003-cü ildə Fransada keçirilən yarışlarda polyak Robert Korjenevski tərəfindən müəyyən edilmişdi.

Dini jurnalistlərə deyib: “Bazar günü əladır. Əminəm ki, karyeramı başa çatdırmaq barədə qərar qəbul etməyə dəyməz. Mənim bir titulum – Olimpiya medalım hələ də yoxdur. Tokioda finişə birinci çataraq bu medalı qazansaydım, əla olardı”.

Dini 2007-ci ildə 50 kilometr məsafəyə idman yerişi üzrə dünya çempionatının gümüş mükafatçısı, üç dəfə - 2006, 2010 və 2014-cü illərdə Avropa çempionu olub.

Xəbər 1029 dəfə oxundu.