Azərbaycanın çimərlik voleybolçuları Türkiyədə “Pro Beach Tour” mərhələsinin qalibi olublar
Türkiyənin Samsun şəhərində çimərlik voleybolu üzrə “Pro Beach Tour” mərhələsi keçirilib.

Azərbaycanı “Pro Beach Tour” mərhələsində çimərlik voleybolçularımız Viktoriya Ağakişiyeva və Zina Lyubimova cütlüyü təmsil edib. Voleybolçularımız bu mərhələnin həlledici görüşündə türkiyəli həmkarlarını 2:0 hesabı ilə (21-19/21-19) məğlub edərək yarışın qalibi olublar.

Türkiyə Voleybol Federasiyası tərəfindən təşkil edilən yarışda qaliblərə medallar və qiymətli hədiyyələr təqdim olunub.

Xəbər 612 dəfə oxundu.