Azərbaycan güləşçisi dünya çempionatının qızıl medalını qazanıb
Finlandiyanın Tampere şəhərində keçirilən güləş üzrə gənclər arasında dünya çempionatında Azərbaycan idmançısı Şahin Muxtarov rəqiblərini məğlub edərək qızıl medal və gənclərin dünya çempionu titulunu qazanıb.
İdmançımız finala qədər ardıcıl olaraq kanadalı Axtar Kieran İmranı, qırğızıstanlı Akbar Kenjebek Ulunu və rusiyalı Aslan Minkailovu üstələyib. Həlledici görüşdə Ermənistan təmsilçisi Karen Zurabyan ilə qarşılaşan Şahin yüksək əzmkarlıq nümayiş etdirərək fəxri kürsünün ən yüksək pilləsində qərarlaşıb.

Xəbər 553 dəfə oxundu.