Azərbaycanın qadın şahmatçıları Almaniya yığması ilə qarşılaşacaqlar
Qadın şahmatçılardan ibarət Azərbaycan yığmasının növbəti yarışlara hazırlığı çərçivəsində avqustun 20-26-da Almaniya yığması ilə yoldaşlıq görüşü keçiriləcək.

Beş lövhədə görüş Azərbaycan Şahmat Federasiyasının binasında Sheveningen sistemi üzrə keçiriləcək.

Vaxta nəzarət 90 dəqiqə + birinci gedişdən başlayaraq hər gediş üçün 30 saniyə.

Matçın baş hakimi FIDE-nin beynəlxalq arbitri Lütfiyar Rüstəmovdur.

Xəbər 1360 dəfə oxundu.