“Bakı”nın təlim-məşq bazasında daha 5 meydança salınacaq
“Bakı” futbol klubunun təlim-məşq bazasında daha 5 meydança salınacaq və onlardan birinin üstü örtülü olacaq.
Bu sözləri “Bakı” futbol klubunun prezidenti Hafiz Məmmədov deyib.
H.Məmmədov bildirib ki, əsas komandanın oyunlarının keçirildiyi meydançanın ətrafı tribunalarla örtüləcək və tamaşaçı tutumu bir qədər də artırılacaq. Layihəyə əsasən 3 və ya 4 ulduzlu 150-200 nəfərlik hotel tikiləcək. “Bakı” idman klubunda idmanın digər növləri üçün də yüksək səviyyəli infrastruktur qurulacaq. Bütün bu işlərin U-17 qadınlar arasında dünya çempionatının startınadək başa çatdırılması planlaşdırılır. Ola bilər ki, örtülü meydança bir qədər gec təhvil verilsin.

AzərTAc

Xəbər 1124 dəfə oxundu.