“Səbail” klubu Səudiyyə Ərəbistanının “Əl-Raed” komandası ilə yoldaşlıq oyunu keçirib | |
Bakının “Səbail” futbol klubu Türkiyə toplanışı çərçivəsində sonuncu yoldaşlıq oyununu keçirib. Səudiyyə Ərəbistanının “Əl-Raed” klubu ilə qarşılaşan komandamız meydanı 1:2 hesablı məğlubiyyətlə tərk ediblər. Komandamızın heyətində yeganə qolu Amit Quluzadə vurub. Təlim-məşq toplanışını başa vuran “Səbail” artıq Vətənə dönüb. Qeyd edək ki, Bakı təmsilçisi əvvəlki yoldaşlıq oyunlarında Səudiyyə Ərəbistanının “Əl-İttifaq” və Özbəkistanın “Paktaxor” klublarına 1:4 hesabı ilə məğlub olub, Omanın U-23 millisi ilə görüşdən 0:0 hesablı heç-heçə ilə ayrılıb. |
|
Xəbər 583 dəfə oxundu. |
|
|