3-cü dəfə zəfərlə
Bişkekdə “Novruz-2012” turnirində 3-cü dəfə dalbadal baş mükafatı özünə bir tur öncə təmin etmış Azərbaycanın basketbol yığması martın 21-də son görüşdə Qırğızıstanın milli yığma komandası ilə garşılaşıb. İdman.com.az saytının məlumatına görə, yığmamız yaxşı oyun sərgiləyərək 76:73 hesabı ilə qalib gəlib.

Yekunda komandalar aşağıdakı kimi sıralanıblar:
I yer - Azərbaycan
II yer - Federal Universitet (Yekaterinburq, Rusiya)
III yer - "Athletes in Action" (ABŞ)
IV yer - Qirğızıstan
V yer - MOİK (Almatı, Qazaxıstan)
VI yer – Özbəkistan

Xəbər 1300 dəfə oxundu.