Son ümid də öldü
Bu gün qadın həndbol ibarət milli komandamız Avropa çempionatı-2012-nin seçmə qrup mərhələsində 3-cü görüşünə çıxdı. İdman.com.az saytının məlumatına görə, Rəfiqə Şabanovanın rəhbərlik etdiyi kollektiv ABU-Arenada Belarus seçməsini qəbul etdi. Yığmamız qrupda ilk 2 qarşılaşmada uduzduğundan, bu maçtda qalib gəlməklə uğursuzluğa son qoya bilərdi. Çünki rəqib də bizim kimi, digər 2 görüşdə məğlub olmuşdu.

Amma son dövrdə daha zəifləyən Azərbaycan millisi nəinki çətin vəziyyətində dönüş yaratdı, üstəlik, son qələbə qazanmaq ümidini də öldürdü. İlk hissədə 6 top fərqi ilə geridə olan yığmamız (9:15), növbəti bölmədə daha çox fərqlə uduzdu – 21:31.
Qeyd edək ki, həndbolçularımız ona yaxın əks-hücum şansını fövtə verdilər. 5-6 zərbə isə qapı dirəyinə tuş gəlib. Qızlarımızdan ən çox top vuran Marina Tankaskaya oldu. O, 5 dəfə fərqləndi.
Yığmamızın Belarusla cavab oyunu martın 25-də Belarusun Mogilyov şəhərindəki "Olimpiya" idman arenasında olacaq.

O Q H M T X

1.Almaniya 2 2 0 0 61-35 4
2.Macarıstan 2 2 0 0 69-44 4
3.Belarus 3 1 0 2 75-76 2
4.Azərbaycan 3 0 0 3 56-106 0

Xəbər 1548 dəfə oxundu.