İranda çempion olmuş həndbolçumuzu «Trabzonspor» istəyir
Ötən ay İran Super Liqasında «Samenalhojaj» klubunun heyətində çempionluğu rəsmən bayram edən Səbinə Babayeva, Sultanə Tağıyeva və Valentina Kulikova çempionatın qızıl medalını aldıqdan sonra, Vətənə dönüblər. İdman.com.az saytının məlumatına görə, yaxşı oyun təcrübəsi qazanmış qadın həndbolçularımızı maraqlıdır ki, baş məşqçi Rəfiqə Şabanova milli komandanın martıq 21-də Bakıda Avropa çempionatının seçmə qrup mərhələsi çərçivəsində Belarusla keçiricəyi görüşə çağırmayıb.

Yığmamızın təcrübəli əl topu ustası Səbinə Babayeva, mütəxəssisin bu addımını gənclərə şans verməsi ilə əlaqələndirib. O deyib ki, yaxınlarda «Qaradağ» klubu dağıldıqdan sonra işsiz qalıb və indi gələn təklifləri dəyərləndirir: «ABU məni öz sıralarında görmək istəiyr. Ölkə xaricindən də təklif var. Rəfiqəm bu günlərdə mənimlə telefon əlaqəsi saxlayıb dedi ki, «Trabzonspor» klubu yüksək dəstəyə çıxmaq istəyir. Bunun üçün, türkiyəlilər mənim xidmətimdən maraqlıdırlar. Hələ fikirləşirəm. Yaxınlarda yekun qərar verəcəyəm».

KAMRAN

Xəbər 2407 dəfə oxundu.