Finallar hansı stadionlarda keçiriləcək?
2014-cü ildə Çempionlar Liqası və Avroliqanın final matçlarının keçiriləcəyi stadionlar bəlli olub. İdman.com.az saytı xəbər verir ki, qurumun İcraiyyə Komitəsinin dünən keçirilmiş iclasında 2013/14-cü il ÇL-in həlledici oyununun Portuqaliyanın Lissabon şəhərindəki "Eştadiu du Benfika", Avroliqanın final görüşünün isə İtaliyanın Turin şəhərindəkı "Yuventus Stadium"da təşkil edilməsi haqda qərar çıxarılıb.

Xəbər 1166 dəfə oxundu.