ABŞ-da Mançester derbisini “qırmızı şeytanlar” qazanıblar | |
Futbol üzrə Beynəlxalq Çempionlar Kuboku turnirində növbəti oyun keçirilib. ABŞ-ın Hyuston şəhərində Mançester derbisi baş tutub. Altımış yeddi mindən çox azarkeşin izlədiyi matçda əzəli rəqiblər - “Mançester Yunayted” və “Mançester Siti” qarşılaşıblar. “NRG Stadum”da keçirilən görüşdə “Mançester Yunayted” üç dəqiqə ərzində vurduğu 2 qol sayəsində qələbə qazanıb. “Qırmızı şeytanların” futbolçusu Lukaku 37-ci dəqiqədə hesabı açıb. Bu qoldan iki dəqiqə sonra Reşford hesab arasındakı fərqi iki topa çatdırıb. |
|
Xəbər 728 dəfə oxundu. |
|
|