“Qalatasaray” Avropa Liqasında mübarizəni dayandırıb
Avropa Liqasının II təsnifat mərhələsində maraq doğuran oyunlardan biri də “Qalatasaray” (Türkiyə) ilə “Ostersun” (İsveç) arasında olub. Belə ki, ilk oyunda “Ostersun”a 2:0 hesabı ilə məğlub olan “Qalatasaray” cavab qarşılaşmasına qələbə qazanmaq əzmi ilə çıxmışdı.

Qarşılaşmanın 60-cı dəqiqəsində on bir metrlik zərbəni dəqiq yerinə yetirən Nouri “Ostersun”u hesabda irəli çıxarıb. 69-cu dəqiqədə isə Ahmet Çalık cavab topunu vurub. Beləliklə, “Qalatasaray”ın ev sahibliyi etdiyi oyun 1-1 hesabı ilə başa çatıb.

İki oyunun nəticəsinə görə “Qalatasaray” Avropa Liqasına erkən əlvida deyib.

Xəbər 619 dəfə oxundu.