“Kəpəz” futbol klubu bu gün Ərzurumda ilk yoxlama oyununu keçirəcək
Türkiyədə təlim-məşq toplanışında olan “Kəpəz” futbol klubu bu gün ilk yoxlama oyununu keçirəcək.

“Sarı-göylər” Ərzurumda “Samsunspor” ilə qarşılaşacaq. Oyun Bakı vaxtı ilə saat 18:30-da başlayacaq.

“Kəpəz”in ölkə xaricindəki hazırlıq dövründə daha iki yoxlama görüşü keçirməsi nəzərdə tutulub.

Xəbər 1287 dəfə oxundu.