Həndbol üzrə XXV Azərbaycan çempionatının hazırlığına start verilib
Azərbaycanın kişi və qadınlardan ibarət həndbol komandaları Azərbaycan çempionatının 2017-2018-ci il mövsümü üçün hazırlığa başlayıblar.

Komandalar artıq iki gündür “ABU Arena”da məşqlərə start veriblər. İyirmi beşinci ölkə çempionatında 6 qadın, 4 kişilərdən ibarət komandanın iştirakı gözlənilsə də, sayın artımı istisna edilmir.

Federasiyadan oktyabrda keçirilməsi nəzərdə tutulan çempionatın səviyyəsinin yüksəldilməsi üçün çalışdıqlarını diqqətə çatdırıblar.

Xəbər 818 dəfə oxundu.