Avroliqada “Yagelloniya” komandası ilə görüşəcək “Qəbələ” klubu Varşava hazırlığına yekun vurub
UEFA Avropa Liqasının ikinci təsnifat mərhələsinin “Yagelloniya” ilə cavab oyununa Polşada hazırlaşan “Qəbələ” Varşavadan Belostoka yollanıb.

Iyulun 16-dan Polşa paytaxtında hazırlıq keçən “qırmızı-qaralar” iyulun 18-də günün ilk yarısında məşq edib. Futbolçular toplu və topsuz təmrinləri yerinə yetiriblər. Hazırlıq prosesi “Drukarz” klubunun stadionunda keçirilib. Günün ikinci yarısında isə “Qəbələ” oyunun keçiriləcəyi Belostoka yollanıb. Komandamız “İbis otel”də məskunlaşıb. Bu gün komandamız matçın keçiriləcəyi Belostok şəhər stadionunda oyun öncəsi son məşqinə çıxacaq.

Komandalar arasında Bakıda təşkil olunan ilk oyun 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.

Xatırladaq ki, iyulun 20-də keçiriləcək və Rumıniyadan olan hakimlər briqadasının idarə edəcəyi “Yagelloniya”–“Qəbələ” oyunu Bakı vaxtı ilə saat 22:30-da başlayacaq.

Xəbər 1019 dəfə oxundu.