“Fənərbağça” heyətinə yeni futbolçu cəlb edir
“Fənərbağça” heyətinə yeni futbolçu cəlb edir.

İstanbul klubu “Kalyari”nin müdafiəçisi Maurisio ilə razılıq əldə edib.

Çilili futbolçunun iyunun 19-da İstanbula gedəcəyi bildirilir. Tərəflər arasında 3 illik müqavilə imzalanacağı gözlənilir.

Qeyd edək ki, 29 yaşlı sağ cinah müdafiəçisi ötən mövsüm “Kalyari”nin heyətində 34 oyuna çıxıb və 1 qol vurub, 1 məhsuldar ötürmə edib.

Xəbər 1073 dəfə oxundu.