Çimərlik voleybolu üzrə Azərbaycan kubokunun qalibləri müəyyənləşib
Çimərlik voleybolu üzrə ilk açıq Azərbaycan kuboku yarışları keçirilib.

Kişilərin yarışında 22, qadınların turnirində isə 14 komanda mübarizə aparıb. Kişilər arasında Vüqar Bayramov və Ülvi Rəcəblidən ibarət cütlük qalib olub. Yaroslav Rudıx – Adriano Aurrero cütlüyü gümüş, Vüsal Qurbanovdan və Aqil Ağazadədən ibarət cütlük bürünc medal qazanıb.

Qadınların mübarizəsində kuboku Viktoriya Ağakişiyeva və Zinaida Lyubimovadan ibarət duet başı üzərinə qaldırıb. İrina Abbaszadə - Yuliya Kərimova cütlüyü ikinci, Nazilə Səlimova və İlhamə Əliyevadan ibarət duet üçüncü yeri tutub.

Avqustun sonunda həm yeniyetmələr, həm də böyüklər arasında ölkə çempionatının final mərhələsi keçiriləcək.

Xəbər 623 dəfə oxundu.