Qətərin gənc oğlanlardan ibarət voleybol yığması Azərbaycanda təlim-məşq toplanışındadır
Qətərin gənc oğlanlardan ibarət voleybol yığması Azərbaycanda səfərdədir.

Komandanın səfərinin məqsədi Azərbaycan millisi ilə birlikdə təlim-məşq toplanışı keçməkdir.

Azərbaycan Voleybol Mərkəzində məşq edəcək komandaların bir neçə yoxlama oyunu keçirməsi də planlaşdırılır.

Qeyd edək ki, IV İslam Həmrəyliyi Oyunları ərəfəsində Qətər və Azərbaycan voleybol federasiyaları arasında qarşılıqlı əməkdaşlıqla bağlı müqavilə imzalanıb. Yaxın gələcəkdə Azərbaycan yığmalarının da Qətərə yollanması nəzərdə tutulub.

Xəbər 571 dəfə oxundu.