Yeni Azərbaycan Partiyasının gəncləri arasında boulinq yarışı keçirilib
Yeni Azərbaycan Partiyası Gənclər Birliyi (YAP GB) tərəfindən Bakı, Sumqayıt şəhər və Abşeron rayon YAP təşkilatlarının Gənclər birlikləri arasında boulinq yarışı keçirilib.

Layihənin əsas məqsədi gəncləri zərərli vərdişlərdən uzaqlaşdırmaq, sağlam həyat tərzi anlayışını aşılamaqdır.

Tədbiri Gənclər Birliyinin sədri Seymur Orucov açaraq, yarış iştirakçılarına uğurlar arzulayıb.

YAP təşkilatlarının Gənclər Birlikləri arasında boulinq yarışının sonunda qaliblər kubok və diplomlarla təltif ediliblər.

Xəbər 947 dəfə oxundu.