Yusif Babanlı ən gənc professor oldu
Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının əməkdaşı, boks üzrə idman ustası, Azərbaycan Respublikasının “Fəxri bədən tərbiyəsi və idman işçisi” Yusif Məmməd oğlu Babanlıya Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə professor elmi dərəcəsi verildi və bununla da akademiyamızın professoru “ölkənin ən gənc professor” adına layiq görüldü.

İyulun 15-də akademiyanın fəlsəfə doktoru Yusif Babanlıya Azərbaycan Respublikasının fəxri professor elmi adına layiq görülməsi ilə əlaqədar ADBTİA-da keçirilən Elmi şurasda müvafiq qərar oxundu və diplom təqdim edildi.

Babanlı Yusif Məmməd oğlu, 1984-cü ildə anadan olub. 2001-2005-ci illərdə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında bakalavr səviyyəsində, 2006-2008-ci illərdə isə magistr səviyyəsində təhsil alıbr.
2011-2015-ci illərdə, Yusif Babanlı Azərbaycan Respublikası Təhsil problemləri İnstitunun doktorantura pilləsində təhsil alıb, 2015-ci ilin mart ayında Azərbaycan Dövlət Pedaqoji Universitetinin müdafiə şurasında ümumi pedaqoqika üzrə “İbtidai siniflərə fiziki tərbiyənin texnologiyaları” mövzusunda dissertasiyasını uğurla müdafiə edib və Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə ona pedaqogika üzrə fəlsəfə doktoru elmi dərəcəsi verilib.
Y.M. Babanlının 80 elmi məqaləsi, 8 metodik vəsaiti, 4 dərs vəsaiti, 4 monoqrafiyası çapdan çıxıb və beynəlxalq elmi-praktik konfranslarda iştirak edib. Dövrü mətbuatda 100-ə yaxın məqaləsi dərc edilib. Elmi-pedaqoji stajı 11 ildir.

Y.M.Babanlı boks üzrə “İdman ustası”, Boks Federasiyası İcraiyyə Komitəsinin üzvü və Təşkilat Komitəsinin sədri, “Fəxri bədən tərbiyəsi və idman işçisi”, “Respublika dərəcəli hakim”, Azərbaycan Respublikası Yazıçılar Birliyinin üzvü, Həmkarlar İttifaqının Respublika Komitəsinin üzvü, İctimai Televiziya və Radio Yayımları Şirkətinin Yayım Şurasının üzvüdür. O, 2002-ci ildən hal-hazırdakı dövrə kimi Yeni Azərbaycan Partiyasına fəxrlə xidmət etməkdədir. YAP Respublika Gənclər Təşkilatı Şurasının, Respublika Gənclər birliyi idarə Heyətinin üzvü, Nərimanov rayon YAP-nın sədr müavini və Nərimanov rayon Gənclər Təşkilatının sədridir.

Xəbər 3329 dəfə oxundu.