Millimizin üzvü Almaniya klubu ilə müqaviləsini yeniləyib
Almaniyanın “Aue” futbol klubu millimizin üzvü Dmitri Nazarov ilə müqaviləni yeniləyib.

Bu barədə klubunun rəsmi “Twitter” səhifəsi xəbər yayıb.

İyirmi yeddi yaşlı yarımmüdafiəçinin müqavilə müddətinin 2021-ci ilin iyununadək uzadıldığı bildirilir. D.Nazarovun ikinci Bundesliqa təmsilçisi ilə əvvəlki müqaviləsi 2018-ci ilin yayına qədər idi.

Qeyd edək ki, futbolçu ötən mövsüm “Aue”nin heyətində 9 qol vurub.

Xəbər 563 dəfə oxundu.