“Qarabağ”ın UEFA Çempionlar Liqasındakı növbəti mümkün rəqibi müəyyənləşib
Bu gün İsveçrənin Nyon şəhərində UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsinin püşkü atılıb.

Mərasimdə Azərbaycan çempionu “Qarabağ”ın da mümkün rəqibi müəyyənləşib. İkinci təsnifat mərhələsində Gürcüstanın “Samtredia” klubu ilə qarşılaşan Ağdam təmsilçisi növbəti mərhələdə “Şerif” (Moldova)–“Kukesi” (Albaniya) cütünün qalibi ilə üz-üzə gələcək.

“Şerif” Albaniya təmsilçisi ilə ilk qarşılaşmada qalib gəlib. Belə ki, Moldovadakı matçda meydan sahibləri 1:0 hesabı ilə üstün olublar.

Xəbər 573 dəfə oxundu.