Güllə atıcılığı üzrə respublika çempionatına yekun vurulub
Güllə atıcılığı üzrə respublika çempionatına yekun vurulub.

Bakı Atıcılıq Mərkəzində keçirilən yarışda “Neftçi İdman Klubu”nun təmsilçiləri də bacarıqlarını nümayiş etdiriblər.

Pnevmatik tapançadan 10 metr məsafəyə atəşaçma yarışında Ruslan Lunyov qalib adını qazanıb. Elvin Astanov isə çempionatın gümüş medalına yiyələnib.

Qadınlar arasında Lalə Mirzəzadə ikinci, Zeynəb Abbasova isə üçüncü yeri tutublar.

Xəbər 1280 dəfə oxundu.