Ən çətin təmrini Ruqiyyə Səttarova yerinə yetirdi
Moskvada Rusiya və Azərbaycandan 400-ə qədər bədii gimnastın iştirakı ilə olimpiya mükafatçısı Yana Batırşinanın mükafatları uğrunda turnir keçirilib. İdman.com.az saytı xəbər verir ki, 12 yaşlı gimnastımız Ruqiyyə Səttarova yaşıdları arasında 3-cü olub. 2001-ci il təvəllüdlü Leyla İbrahimova öz yaş qrupunda topla çıxışda qalib gəlib. 8 yaşlı Lalə Kramarenko alətsiz 3-cü nəticə göstərib. Bundan əlavə Səttarova «Ən çətin təmrin» mükafatını da alıb.

Xəbər 1198 dəfə oxundu.