“Kəpəz” klubu Türkiyədə üç yoxlama oyununda gücünü sınayacaq | |
Gəncənin “Kəpəz” futbol klubu mövsüm öncəsi hazırlıq mərhələsinin ikinci hissəsini Türkiyədə keçirəcək. Iyulun 15-dən 25-dək Ərzurumda təlim-məşq toplanışında olacaq “sarı-göylər” 3 yoxlama oyununa çıxacaq. Yoldaşlıq matçlarının təşkili ilə məşğul olan menecerlər tərəfindən Gəncə klubuna 7 rəqib təklif olunub. Bunlar “Samsunspor”, “Ərzurumspor”, “Hatayspor”, “Karacabəyspor”, “Urfaspor”, “Ankaragücü” və “Elazığspor” klublarıdır. “Kəpəz”in məşqçilər korpusu müəyyən məsləhətləşmələrdən sonra yoxlama oyununda rəqib qismində görmək istədiyi klubların siyahısını menecerlərə təqdim edib. |
|
Xəbər 561 dəfə oxundu. |
|
|