Azərbaycan qrossmeysterləri FIDE-nin Dünya kubokunun iştirakçıları sırasında
Beynəlxalq Şahmat Federasiyasının (FIDE) saytında sentyabrın 2-dən 27-dək Tbilisidə keçiriləcək Dünya kubokunda iştirak etmək hüququ olan 128 şahmatçının siyahısı yerləşdirilib.

Bu siyahıda FIDE-nin beş nominantının və Afrikanın iki nümayəndəsinin adı hələ ki yoxdur.

Azərbaycanı beynəlxalq qrossmeysterlər Şəhriyar Məmmədyarov və Teymur Rəcəbov təmsil edəcəklər. Siyahının tam mətni www.fide.com saytında yerləşdirilib.

Xəbər 1157 dəfə oxundu.