Kiyev bürüncü
Azərbaycan gimnastları Kiyevdə keçirilmiş dünya kuboku mərhələ yarışı çərçivəsində beynəlxalq yarışda komanda hesabında 3-cü yeri tutublar. İdman.com.az saytının məlumatına görə, bürünc medalı Mənsurə Bağıyeva və Yekaterina Prokopenko (hər ikisi - 1997-ci il təvəllüdlü), eləcə də 14-yaşlılar Gülsüm Şəfizadə və Nilufər Niftəliyeva qazanıblar. Birinci yeri Rusiya, ikincini Ukrayna gimnastları tutublar. Dünya kubokunda iştirak edən Lalə Yusifova çıxışlarında səhvlərə yol verdiyindən final mərhələsinə düşə bilməyib.

Xəbər 1216 dəfə oxundu.