“Astra”-“Zirə” oyununu belaruslu hakimlər briqadası idarə edəcək
Lüksemburqun “Differdange” futbol komandası ilə oyundan sonra Belçikaya yollanan “Zirə” Rumıniyaya gedib.

Avropa Liqasının ikinci təsnifat mərhələsində “Astra” ilə qarşılaşacaq komandamız Buxarest yaxınlığında yerləşən Rumıniya yığmasının təlim-məşq bazasında hazırlığını davam etdirir. İyulun 12-də də burda məşq edəcək “qartallar” daha sonra Giurgiyə yola düşəcək. “Zirə” oyunöncəsi son məşqini qarşılaşmanın keçiriləcəyi stadionda edəcək.

İyulun 13-də Marin Anastasovici stadionunda keçiriləcək “Astra”-“Zirə” oyununu belaruslu hakimlər briqadası idarə edəcək. Matçın baş hakimi Sergey Tsinkeviç olacaq. Baş hakimə həmyerliləri Vitali Malyutin və Evgeni Romanov kömək edəcəklər. Dördüncü hakim funksiyasını Viktor Şimusik yerinə yetirəcək.

Xəbər 541 dəfə oxundu.