Eşitmə qüsurlu əlillərdən ibarət Azərbaycan millisi beynəlxalq futzal turnirində uğurla çıxış edir
On altı yaşadək eşitmə qüsurlu əlillərdən ibarət komandalar arasında Slovakiyanın Preşov şəhərində təşkil olunmuş beynəlxalq futzal turnirində Azərbaycan yığması birinci dövrənin oyunlarını keçirib.

Komandamız Qazaxıstan yığmasını 7:1, “Polşa-B” komandasını 16:0, Slovakiya yığmasını 5:0, “Polşa-A” kollektivini isə 10:2 hesabı ilə məğlub edib.

Xəbər 555 dəfə oxundu.