“Şah oyun” nə vaxt başlayacaq?
Unibank Premyer Liqasının XXV turunun oyunlarının vaxtı məlub olub. İdman.com.az saytının məlumatına görə, turun ilk “altılığ”ının görüşlərinin hamısı yenə eyni gündə - martın 24-də keçiriləcək. Adı çəkilən mübarizədə diqqət çəkən məqam “Neftçi” – “Xəzər Lənkəran” matçıdır. Ötən səfər 6-qat ölkə çempionuna böyük hesabla uduzan “ağ-yaşıllar”, bu dəfə “şah oyun” öncəsi ajiotaj yaratmaqdan çəkinib

Unibank Premyer Liqası. Final mərhələsi. XXV tur
24 mart

14:00. AzAL (Bakı) - "Kəpəz" (Gəncə)
Bakı. "AzAL Arena" stadionu

14:30. "Bakı" - "Qarabağ" (Ağdam)
Bakı. "Bakı"nın təlim-məşq bazasının stadionu

15:00. "Qəbələ" - "İnter" (Bakı)
Qəbələ. Şəhər stadionu

15:00. "Neftçi" (Bakı) - "Xəzər Lənkəran"
Bakı. İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionu

25 mart

14:00. "Sumqayıt" - "Simurq" (Zaqatala)
Sumqayıt. Mehdi Hüseynzadə adına şəhər stadionu

15:00. "Turan" (Tovuz) - "Rəvan" (Bakı)
Tovuz. Şəhər stadionu

Xəbər 1101 dəfə oxundu.