Astaralı idmançılar Şərq əlbəyaxa döyüş növləri üzrə Respublika birinciliyində uğurla çıxış ediblər
Astaralı idmançılar Göygöl rayonundakı Olimpiya İdman Kompleksində Gənclər və İdman Nazirliyi və Azərbaycan Respublikası Sindro-ryu və Pencak Silat Federasiyasının birgə təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr edilmiş Sindro-ryu karate, Pencak Silat, “One” silat idman növləri üzrə Respublika birinciliyində uğurla çıxış ediblər.

Ölkə birinciliyində astaralı idmançılardan Nurlan Həsənzadə (36 kiloqram), Nihad Nəzərzadə (60 kiloqram) və Ağadədə Əliyev (85 kiloqram) birinci, Mahsun Gülməmmədov (34 kiloqram), İlkin Həsənzadə (63 kiloqram) ikinci və Pərviz Əhmədov (35 kiloqram) üçüncü yerlərə sahib olublar.

Xəbər 1066 dəfə oxundu.