“Bismillah” olmamış, “əlhəmdulillah”
“Azarkeşlərin artıq ilk oyunumdan sonra məni istefaya səsləyəcəklərini gözləmirdim”. İdman.com.az saytının məlumatına görə, bu sözü “Xəzər Lənkəran”ın baş məşqçisi Yunis Hüseynov deyib. Cənublu azarkeşlər təcrübəli çalışdırıcı debütündə evdə “Bakı”ya 0:1 hesabı ilə uduzduğu oyunda ünvanına istefa qışqırıblar. Gənc mütəxəssis ona yeni gəldiyindən, çətin olduğunu bildirib:

“Mən komandanı tanımırdım. İki gündə ona hazırlıq keçirəm. Bu gün ilk olaraq iş başında gördüm. 1-2 futbolçunu çıxmaq şərti ilə qalanların hamısından narazı qaldım. Bunu onların özlərinə dedim. “Xəzər Lənkəran”dan belə biabırçı oyun gözləmirdik. İnanıram ki, qalan oyunlarda komandamı hazırlayaraq, istənilən səviyyəyə gətirib çıxaracağam”.

Xəbər 1151 dəfə oxundu.