“Qarabağ”–“Samtredia” oyununu türkiyəli hakimlər briqadası idarə edəcək
Futbol üzrə UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsində keçiriləcək “Qarabağ” (Ağdam)–“Samtredia” (Gürcüstan) oyununun hakim təyinatları açıqlanıb.

Qarşılaşmanı Türkiyədən olan hakimlər briqadası idarə edəcək. Görüşün baş hakimi Mete Kalkavan olacaq. Ona Esat Sancaktar və Erdem Bayik kömək edəcəklər. Dördüncü hakim funksiyasını Halit Umut Meler yerinə yetirəcək.

Hakimlərin işinə Moldovadan olan Vladimir Antonov qiymət verəcək. Matçın UEFA nümayəndəsi ingiltərəli Qraham Hover olacaq.

Qeyd edək ki, iyulun 11-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək oyun saat 21:00-da başlayacaq.

Xəbər 601 dəfə oxundu.