“Kəpəz” klubu ilk yoxlama oyununda qələbə qazanıb
Yeni mövsümün hazırlığını Bakıda davam etdirən “Kəpəz” futbol klubu ilk yoxlama oyununa çıxıb.

“Sarı-göylər” həvəskarlar liqasının təmsilçisi olan “Bakı” ilə qarşılaşıblar. Rəqib meydanında baş tutan görüş Gəncə klubunun 2:1 hesablı qələbəsi ilə nəticələnib.

“Kəpəz”dən qolları yeni transferlər İlyas Səfərzadə və Kamran Abdullazadə vurublar.

Xatırladaq ki, gəncəlilər növbəti yoxlama oyununu iyulun 11-də “Neftçi”yə qarşı keçirəcəklər.

Xəbər 548 dəfə oxundu.