Millimiz Finlandiya yığması ilə qarşılaşıb
Estoniyanın paytaxtı Tallində təşkil olunmuş UEFA inkişaf turnirində futbol üzrə 18 yaşadək qızlardan ibarət Azərbaycan yığması son oyununu keçirib.

Finlandiyalı həmyaşıdları ilə qarşılaşan futbolçularımız 0:5 hesabı ilə məğlub olublar.

Xatırladaq ki, turnirin ilk oyununda yığmamız Malta komandasına 1:2 hesabı ilə məğlub olmuş, ikinci qarşılaşmada isə Estoniya yığmasına qalib gəlmişdi – 4:1.

Xəbər 588 dəfə oxundu.