“Qəbələ” futbol klubunun UEFA Avropa Liqasındakı ilk rəqibi müəyyənləşib
“Qəbələ” futbol klubunun UEFA Avropa Liqasındakı ilk rəqibi müəyyənləşib.

Yarışa ikinci təsnifat mərhələsindən başlayacaq “qırmızı-qaralar” Polşanın “Yagelloniya” klubu ilə qarşılaşacaqlar. Bunu birinci təsnifat mərhələsinin qarşılaşmaları rəsmiləşdirib. Polşalılar iki oyunun yekununda Gürcüstan “Dinamo”sunu (Batumi) mübarizədən kənarlaşdırıblar – 1:0, 4:0.

“Qəbələ” və “Yagelloniya” arasında ilk oyun iyulun 13-də keçiriləcək. Bakıdakı “Bakcell Arena”da baş tutacaq görüş saat 21:00-da başlayacaq. Cavab matçı bir həftə sonra Polşada oynanılacaq.

Xəbər 577 dəfə oxundu.