İdmançılarımız Gürcüstanda keçirilən beynəlxalq turnirdə üç gümüş medal qazanıblar
Gürcüstanın Svanetiya bölgəsinin Lentexi ərazisində Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının (FAİREX) idmançılarının da iştirak etdiyi idman dırmanması üzrə beynəlxalq turnir keçirilib.

FAİREX-dən bildirilib ki, sürət və çətinlik növü üzrə təşkil olunan yarışda ölkəmizi məşqçi Çingiz Tağızadənin rəhbərlik etdiyi yığmamızın üzvləri təmsil ediblər.

Təmsilçilərimiz uğurla çıxış edərək üç gümüş medal qazanıblar. Komanda üzvlərimizdən Gəray Əliyev sürət və çətinlik, Fuad Abdullayev isə yalnız çətinlik növü üzrə yarışda ikinci olublar.

Xəbər 519 dəfə oxundu.