“Araz” klubunun UEFA kubokunun əsas mərhələsindəki rəqibləri müəyyənləşib
İyulun 6-da İsveçrənin Nyon şəhərində futzal üzrə UEFA kubokunun əsas mərhələsinin püşkatması keçirilib.

Püşkün nəticəsinə əsasən, turnirdəki təmsilçimiz “Araz” “Deva” (Rumıniya), “E” və “F” qruplarının qalibi ilə 8-ci qrupda mübarizə aparacaq. Bu qrupun oyunları oktyabrın 10-dan 15-dək Rumıniyada keçiriləcək.

Qeyd edək ki, “E” qrupunda “Flamurtari” (Albaniya), “Mostar” (Bosniya və Herseqovina), “Arnavutköy Bələdiyyəspor” (Türkiyə) və “Narva Yunayted” (Estoniya), “F” qrupunda “Anorthosis” (Kipr), “Klassik” (Moldova), “Leo” (Ermənistan), “Vrexham” (Uels) komandaları qüvvəsini sınayacaq. Əgər “Leo” “F” qrupunun qalibi olarsa, bu komanda mübarizəni 5-ci qrupda davam etdirəcək.

Xəbər 577 dəfə oxundu.