AFFA-nın baş katibi UEFA-nın Uşaq Fondunun idarə heyətinə üzv seçilib
AFFA-nın baş katibi Elxan Məmmədov UEFA-nın Uşaq Fondunun idarə heyətinə üzv seçilib.

AFFA-dan bildirilib ki, 2015-ci il aprelində fəaliyyətə başlayan və Avropa Komissiyasının sabiq prezidenti Joze Manuel Barrozunun rəhbərlik etdiyi UEFA-nın Uşaq Fondu uşaqların sağlam həyat tərzinə yönləndirilməsi, uşaq futbolu və digər sahələrdə çoxsaylı layihələr həyata keçirir.

Xəbər 552 dəfə oxundu.