FHN-in əməkdaşı çempionatın qalibi olub
“Sərhədçi” İdman Olimpiya Kompleksində 23 yaşadək gənclər arasında cüdo üzrə Azərbaycan çempionatı keçirilib.

Fövqəladə Hallar Nazirliyindən bildiriblər ki, çempionata 36 komandanın heyətində 400 idmançı qatılıb.

Yarışda nazirliyin İdman-sağlamlıq klubunu Mülki Müdafiə Qoşunlarının “N” saylı hərbi hissəsinin əsgəri Cəlil Şükürov 100 kiloqramdan yuxarı çəki dərəcəsində təmsil edib. O, bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Cəlil Şükürovun məşqçiləri Taleh Sadıqov və Rasim Babayev olublar.

Xəbər 641 dəfə oxundu.