AFFA ilə AMADA arasında qarşılıqlı anlaşma haqqında memorandum imzalanıb
İyulun 5-də AFFA-nın inzibati binasında Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) ilə Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) arasında qarşılıqlı anlaşma haqqında memorandum imzalanıb.

AFFA-nın baş katibi Elxan Məmmədov və AMADA-nın direktoru Şəfəq Hüseynlinin imzaladığı memorandumun müddəalarına uyğun olaraq, növbəti mövsümdən etibarən futbol üzrə Azərbaycan Premyer Liqasında çıxış edən, həmçinin Azərbaycan milli komandalarına cəlb olunan futbolçular dopinq nəzarətinə cəlb olunacaq, bu sahə ilə bağlı müxtəlif təbirlər, seminarlar keçiriləcək, maarifləndirmə işləri aparılacaq.

Xəbər 588 dəfə oxundu.